“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Hüquq Departamentinin Korporativ idarəetmə və müqavilələr şöbəsinin müdiri Nərgiz Nəsirzadə Moskva şəhərində “Korporativ hüquq üzrə kvalifikasiya artımı” mövzusunda təşkil olunan kurslarda iştirak edərək, sertifikatla təltif olunub.
Təlim zamanı korporasiya tipli müəssisələrin qurulması, korporasiya daxilində olan qurum və təşkilatların idarə edilməsi, xarici dövlətlər, o cümlədən azad iqtisadi zonalarda şirkətlərin yaradılması və idarə edilməsi üzrə beynəlxalq qanunverciliyin təhlili mövzusunda məşğələlər keçirilib. Bundan əlavə müqavilələrin beynəlxalq xüsusi hüququn prinsiplərinə uyğun şəkildə tərtib edilməsi, korporativ idarəetmə üzrə beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də korporativ idarəetmə prinsiplərinin cəmiyyətlərin fəaliyyəti zamanı tətbiq edilməsi, korporativ katibin hüquq və vəzifələri mövzusunda da məşğələlər keçrilib.