“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Kommersiya departamentinin Strateji Araşdırma və İnvestisiya şöbəsinin aparıcı mütəxəssisi Nicat Kamilli investisiyalar üzrə dünyanın ən nüfuzlu sertifikasiyası hesab edilən CFA (Chartered Financial Analyst) proqramının 1-ci səviyyəsindən uğurlu nəticə əldə etmişdir.
CFA proqramı Amerika Birləşmiş Ştatlarında yerləşən CFA İnstitutu tərəfindən investorlar və maliyyə mütəxəssislərinə təklif edilən maliyyə və investisiya proqramıdır. Proqram bir-birindən çətinliyi ilə fərqlənən 3 səviyyədən ibarətdir. Belə ki, son illərdə dünya üzrə 1-ci səviyyə imtahanında iştirak edən namizədlərin kifayət qədər məhdud hissəsinin uğurlu nəticə əldə bilməsi mümkün olmuşdur. 1-ci səviyyə Financial Reporting and Analysis, Ethical and Professional Standarts, Corporate Finance, Quantitative Methods, Economics, Equity İnvestments, Fixed income, Portfolio Management, Alternative İnvestments və Derivatives mövzularından ibarətdir. Qeyd olunan mövzular üzrə əldə olunan biliklər investisiya layihələrinin peşəkar səviyyədə və beynəlxalq təcrübəyə əsasən qiymətləndirilməsi, layihənin maliyyə idarəetməsinin təşkili, layihə müddətində yarana biləcək risklərin müəyyənləşdirilməsi, maliyyə modellərinin qurulmasında beynəlxalq standartların tətbiqi və hazırlanmış biznes planlarda standartlar üzrə təhlillərin aparılması baxımından xüsusi əhəmiyyət daşıyır.