“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurası sədrinin ofisinin əməkdaşı dünyanın ən nüfuzlu sertifikasiyasından uğurlu nəticə əldə etmişdir

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurası sədrinin ofisinin Baş mütəxəssisi Vüsal Ağayev dünya üzrə tanınan, investisiyaların  təhlili üzrə ixtisaslaşan, sertifikatlaşmış maliyyə analitiki, CFA (Chartered Financial Analyst) proqramının 1-ci səviyyəsindən uğurlu nəticə əldə etmişdir.

    CFA proqramı Amerika Birləşmiş Ştatlarında yerləşən CFA İnstitutu tərəfindən investorlar və maliyyə mütəxəssislərinə təklif edilən maliyyə və investisiya proqramıdır. Proqram bir-birindən çətinliyi ilə fərqlənən 3 səviyyədən ibarətdir.  Belə ki, son illərdə dünya üzrə 1-ci səviyyə imtahanında iştirak edən namizədlərin kifayət qədər məhdud hissəsinin uğurlu nəticə əldə bilməsi mümkün olmuşdur. Birinci səviyyə Financial Reporting and Analysis, Ethical and Professional Standarts, Corporate Finance, Quantitative Methods, Economics, Equity İnvestments, Fixed income, Portfolio Management, Alternative İnvestments və Derivatives mövzularından ibarətdir. Qeyd olunan mövzular üzrə əldə olunan biliklər investisiya layihələrinin peşəkar səviyyədə və beynəlxalq təcrübəyə əsasən qiymətləndirilməsi, layihənin maliyyə idarəetməsinin təşkili, layihə müddətində yarana biləcək risklərin müəyyənləşdirilməsi, maliyyə modellərinin qurulmasında beynəlxalq standartların tətbiqi və hazırlanmış  biznes  planlarda standartlar üzrə təhlillərin aparılması  baxımından xüsusi əhəmiyyət daşıyır.

Fotolent