“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Kommersiya departamentinin direktor müavini Rüstəm Əkbərli Amerika Birləşmiş Ştatlarında yerləşən və layihələr üzrə beynəlxalq standartların hazırlanmasında ən böyük və nüfuzlu qurum olan “Layihə İdarəetmə İnstitutu” (Project Management Institute) tərəfindən təşkil olunan “Layihələrin idarə edilməsi” (PMP) imtahanından keçərək, qlobal səviyyədə tanınan “Layihələrin İdarə edilməsi üzrə mütəxəssis” statusu və həmin statusu təsdiqləyən sertifikata layiq görülüb.
Qeyd olunan sertifikat layihələrin məqsədinin müəyyənləşdirilməsi, biznes təhlillərin aparılması, layihə xərclərinin idarə olunması, resursların effektli şəkildə cəlb edilməsi və bölüşdürülməsi, iş qrafikinin düzgün formada təşkili, maraqlı tərəflər ilə uyğun şəkildə kommunikasiya qurulması və onların layihədə inkişaf aktivlərinin artırılması baxımından əhəmiyyət daşıyır.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Kommersiya departamentinin digər əməkdaşı Nicat Kamilli isə Beynəlxalq Maliyyə Hesabatlarının Standartları üzrə sertifikasiya prosesindən uğurla keçərək, ACCA F7 (FR) sertifikatına layiq görülüb. Bu sertifikat layihələrin maliyyə modellərinin qurulmasında beynəlxalq standartların tətbiqi və hazırlanmış biznes planlarında standartlar üzrə təhlillərin aparıılmasında xüsusi əhəmiyyətə malikdir.