“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən “ADA” universitetində startap tədbiri keçirilmişdir

Bu gün ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq bütün sahələrdə innovativ həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir və bu innovasiyaların reallaşması dövlət səviyyəsində dəstəklənir:

İnnovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım etmək məqsədilə  “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən mütəmadi olaraq startap layihələrinin inkişafına yaxından dəstək göstərilir. Yeni startapların yaradılmasına təkan vermək,  milli startap infrastrukturunu inkişaf etdirmək məqsədilə dövlət eləcə də özəl qurumlar ilə əməkdaşlıqlar qurulmuş və davamlı şəkildə startap komandalar ilə görüşlər keçirilmişdir. Bu istiqamətdə atılan addımlardan biri  kimi  21 fevral 2022-ci il tarixində “ADA” universitetində Korporasiya tərəfindən “Startaplara dəstək proqramı” mövzusunda tədbir təşkil olunmuşdur. Universitetin əməkdaşları və iştirakçılar tərəfindən böyük maraqla qarşılanan tədbirin əsas məqsədi sözügedən tədris müəssisəsinin tələbələrinə Cəmiyyətin startap fəaliyyəti ilə bağlı ətraflı məlumat  vermək, iştirakçıların startap ideyaları ilə yaxından tanış olmaq və uğurlu hesab oluna biləcək layihələrin daha da inkişaf etdirilməsinə dəstək göstərməkdir. Tədbirdə yeni  biznes ideyalarını bölüşən startaplara bu istiqamətdə tövsiyələr verilmiş, təqdim edilən layihələr üzərindən  real  biznesin  qurulması istiqamətində təkliflər dinlənilmiş, müzakirələr aparılmış, uğurlu bizneslə bağlı bilik və təcrübə əldə etmək imkanlarına nail olmaqla bağlı suallar cavablandırılmışdır.

Qeyd olunmalıdır ki, “ADA” universitetinin tələbələrindən ibarət startaplar Korporasiya ilə  gələcək əməkdaşlıqlar çərçivəsində artıq  birgə fəaliyyətə başlayıblar.

Gələcəkdə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən startaplara dəstək proqramı mövzusunda silsilə tədbirlərin ölkəmizin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.

Fotolent

Yeni Təcrübə proqramları