Azərbaycan Dövlət Aqrar Universitetinin hər il təşkil olunan ənənəvi məzun yarmarkasının növbəti görüşü keçirilib.
Yarmarkanın keçirilməsində məqsəd əmək bazarında vakansiyalar barədə informasiya almaq və məzunların işədüzəltmə imkanlarının genişləndirilməsidir.
Müasir istehsal sahələrinin tələblərinə cavab verə biləcək yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətində işəgötürənlərlə səmərəli əməkdaşlıq üçün təşkil olunan onlayn əmək yarmarkasında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin İnsan resursları şöbəsinin böyük mütəxəssisi Fatimə Kərimova da iştirak edərək Cəmiyyətin fəaliyyət istiqamətləri, mövcud vakansiyalar və işə qəbul prosesi barədə əmək yarmarkasının iştirakçılarını məlumalandırıb.