“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən startaplara dəstək məqsədi ilə tədbir keçiriləcəkdir

“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən mütəmadi olaraq startap layihələrinin inkişafına yaxından dəstək göstərilir. Bu məqsədlə dövlət və özəl qurumlar ilə əməkdaşlıq qurulmuş və davamlı şəkildə startap komandalar ilə görüşlər keçirilməkdədir. Aparılan işlərin davamı olaraq   21 Fevral 2022-ci il tarixində “ADA” universitetində startaplara dəstək məqsədi ilə Korporasiya tərəfindən tədbir keçirilməsi nəzərdə tutulur. Tədbirin əsas məqsədi tədris müəssisəsinin tələbələrinə Korporasiyanın startap fəaliyyəti ilə bağlı məlumat  vermək, iştirakçıların startap ideyalar ilə yaxından tanış olmaq və uğurlu hesab oluna biləcək layihələrin daha da inkişaf etdirilməsinə dəstək verməkdir.

Fotolent

Yeni Təcrübə proqramları