“Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Dövlət Aqrar Universitetinin elm və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsinə xidmət edən birgə əməkdaşlığı çərçivəsində bu təhsil ocağının müəllim və tələbə heyəti “Azərtütün ASK” MMC-nin Zaqatalada yerləşən müəssisəsi ilə tanış olublar. Bitkiçilik və Bitki Mühafizəsi kafedrasının müəllimləri, eləcə də Aqronomluq fakültəsinin 4-cü kurs tələbələri Tütün İstehsalı Emalı Məntəqəsi, Tütün Emalı Zavodu və tütün sahələri ilə yaxından tanış olub, buradakı emal prosesi haqqında ətraflı məlumat alıblar. Tələbələrin praktitki təlimlərə, tədris təcrübəsinə cəlb edilməsi, onlarda bu sahəyə maraq oyadılması, onların mütəxəssis kimi yetişdirilməsi baxımından əhəmiyyət daşıyan bu tanışlıq kənd təsərrüfatı üzrə peşəkar kadrların hazırlanması baxımından əhəmiyyətli rola malikdir.