Gəncə Peşə Təmayüllü sinif şagirdləri Gəncə Alüminium Kompleksində olublar

Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin Peşə Təmayüllü sinif şagirdləri təcrübə səfəri çərçivəsində Gəncə Alüminium Kompleksində olublar. İlk olaraq şagird və müəllim heyətinə zavodun mərkəzi idarəetmə ofisində “Azəralüminium” MMC haqqında ətraflı məlumat verilib. Daha sonra elektroliz, isti yayma və fasiləsiz tökmə, həmçinin soyuq yayma istehsal sahələri ilə tanışlıq olub.  Bundan əlavə qonaqlar zavodda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə vasitələri, yanğınsöndürmə avadanlıqlarından istifadə mövzusunda ətraflı məlumatlandırılıb. Yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsinin vacibliyini nəzərə alaraq,  şagirdlərə  SƏTƏM tərəfindən geyim və fərdi mühafizə vasitələri nümayiş olunub. Zavodda baş vermiş və ya ehtimal edilən fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması mövzusunda Azərbaycan Respublikası FHN-nin Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları tərəfindən  şagird  və müəllim heyətinə  ətraflı məlumat verilib. 

Fotolent

Yeni Təcrübə proqramları