“Azərpambıq ASK” MMC-nin Saatlı rayonunda yerləşən Pambıq İstehsalı Emalı Zavodunda yenidənqurma işləri davam edir

      "Azərpambıq ASK" MMC-nin Saatlı rayonunda yerləşən Pambıq İstehsalı Emalı Zavodunda hal-hazırda təmir-bərpa və yenidənqurma işləri aparılır.

      Pambıq istehsalının artmasını nəzərə alaraq, zavodun ümumi istehsal gücünün, eyni zamanda emaldan alınan məhsulların keyfiyyət göstəricilərinin yüksəldilməsini təmin etmək məqsədilə 2021-ci ilin avqust ayında Saatlı PİEZ-in modernizasiyası layihəsinin icrasına başlanılmışdır.

      İstehsal gücünün artırılması məqsədilə başlanılmış layihə çərçivəsində zavodda Türkiyənin «Tekmen Tekstil Çırçır Fabrikaları Montajı ve İmalatı Taahhüt Sanayi Ticareti Limited Şirketi»-nin təmizləyici və quruducu,  «Sümer Pamuk Çırçır Prese, Tarım, İnşaat, Nakliyat, Sanayi ve Ticaret Limited Şirketi»-nin pambıq lifini  çiyiddən  ayıran 80 ədəd yeni roller avadanlıqları quraşdırılmışdır. Nəticədə zavodun maksimal istehsal gücü günlük 160 ton xam pambığa çatdırılmışdır.

      Zavodun ərazisində  abadlıq işləri də davam etdirilir.  Belə ki, ərazidə asfalt örtüyünün döşənməsi, həmçinin 1 min kva güc transformatorunun quraşdırılması və  ümumi işıqlandırılma işləri aparılır. 

      Qeyd olunan yenidənqurma işləri  “Azərpambıq ASK” MMC-nin   mənfəəti hesabına həyata keçirilmişdir.

Fotolent