Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən ən yaxşı alunit texnologiyasına əsaslanan alüminium zavodunun inşası ilə bağlı layihə hazırlanıb.
Geologiya və Geofizika İnstitutundan Trend-ə verilən məlumata görə, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun mütəxəssisləri ilə birlikdə alunitin emalı üçün yeni texnologiyanın işlənib hazırlanması üzrə işlər aparılıb. Artıq texnoloji sxemin hazırlanması başa çatdırılıb. Prosesi nümayiş etdirmək üçün işçi laboratoriyanın maketi yaradılıb.
Azərbaycan Sənaye Korporasiyasının elan etdiyi beynəlxalq tenderdə iştirak etmək üçün ən yaxşı alunit texnologiyasının seçilməsi və bu texnologiyaya əsaslanan alüminium zavodunun inşası ilə bağlı layihə hazırlanıb.