“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Şüşə” MMC ilə Çexiyanın “Sklostroy” şirkəti və Türkiyənin aparıcı məsləhətçi şirkətlərindən sayılan “YNG Danışmanlık LTD” arasında qurulan əməkdaşlıq çərçivəsində müəssisənin istehsal gücünün və məhsulların keyfiyyətinin artırılması məqsədilə mövcud avadanlığın yenisi ilə əvəzlənməsi və modernizasiya işləri yekunlaşmaq üzrədir. Bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müasir avadanlıqların istifadəsi istiqamətində aparılan test və quraşdırma işləri başa çatdıqdan sonra yeni istehsal xəttinin işə salınması nəticəsində müəssisənin fəaliyyətinin səmərəli təşkili, istehsal gücünün artırılması, standartlara uyğun keyfiyyətli məhsul istehsalı imkanı yaranacaqdır.