“ASK Şüşə” zavodunda birinci istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb

“ASK Şüşə” zavodunda birinci istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb. Bu münasibət ilə zavodun ərazisinə baxış keçirən  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə müəssisədəki mövcud vəziyyətlə tanış olmuş, lazımi göstərişlər vermişdir.

İkinci istehsalat xəttinin işə salınması nəticəsində zavodun istehsal gücünün 90%-ə     çataçağı, müəssisənin istehsal gücünün isə ildə 80-85 milyon şüşə tara təşkil edəcəyi  və 50-60  yeni iş yerinin açılacağı nəzərdə tutulur.

2018-ci ildə təsis edilən “ASK Şüşə” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələrindən biridir. 22 ha ərazidə yerləşən zavod  İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilib və regionda ən geniş imkanları olan istehsalçıdır. Əsas xammalın az hissəsi ölkədə istehsal olunur, müəyyən hissəsi isə Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən gətirilir. Xammal kimi istifadə olunan şüşə qırıntılarının tədarükü əsasən respublikanın emal müəssisələrindən təşkil olunur.

Fotolent