“Abidə” MTK-nın yaşayış binasının tikintisi üzrə işlər davam etdirilir

         Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 29 avqust 2022-ci il tarixindən 12 avqust 2022-ci il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri qrafik üzrə ardıcıl və fasiləsiz olaraq davam etdirilmişdir.  

         Süleyman Tağızadə küçəsi səmtində abadlıq işləri çərçivəsində yaşıllaşdırma zolağını ümumşəhər əhəmiyyətli səkidən ayıran beton səddin növbəti hissəsinin 400x200(h) mm ölçülərində alt tavasının karkası polimer Ø8 kompozit armaturdan toxunaraq B25 marka betonla betonlanmışdır.

        2-ci blokun qarşısında yeraltı qrunt sularının drenaj xəttinin davam etdirilməsi məqsədilə qaya qruntu xüsusi texnika ilə dağıdılmış və böyük tutumlu avtomaşınlarla ərazidən daşınıb çıxarılmışdır. Hal-hazırda da bu sahədə işlər qaldığı yerdən davam etdirilir.     

        Qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin daha yaxşı işıqlandırılması (insolyasiya) məqsədi ilə tağvari pəncərələrdən növbəti iki ədədi kəsilib genişləndirilmiş və yanları “ağlay” daşı ilə haşiyələnmiş, 1 və 2-ci mərtəbələrdə isə iki ədəd alüminium pəncərə 6x6 mm temper şüşələri ilə birlikdə quraşdırılmışdır.  

        Yaşayış binasının su təchizatını təmin etmək məqsədi ilə inşa olunan 2 ədəd su anbarı və nasosxananın bayır yan səthlərinin narın qrunt ilə əks doldurulması işləri davam etdirilir.

        Binadaxili görülən işlərdən qaraj mərtəbələrində şaxtalar 20 sm enində kərpiclə hörülmüş və sement-qum məhlulu ilə suvanmışdır.

        Qaraj mərtəbələrində avtomatik (sprinkler) yanğınsöndürmə sistemlərinin yeni layihəyə uyğun quraşdırılması işləri davam etdirilir.

        2-ci blokda mərtəbələrin eyvanında 9 ədəd h=1100 mm tökmə alüminium məhəccər quraşdırılmışdır.

       -2 mərtəbəsinin qaraj sahəsinin pandusunun yan divarları və tavanının emulsiya ilə ikiqat boyanması işləri davam etdirilir.

      Elektrik işləri çərçivəsində -3 mərtəbəsinin qaraj sahəsinin işıqlandırılması məqsədi ilə 100x50 mm sinklənmiş metal kabel tavaları quraşdırılmışdır.

       1 və 2-ci blokun yaşayış mərtəbələrinin şaxtalarında 22 ədəd 600x400 mm tüstü xaricetmə klapanı quraşdırılmışdır.

        Binanın 6-10-cu mərtəbələrinin künc hissələrində mənzillərin lociyalarında PVC pəncərələrin quraşdırılması davam etdirilir.

        Bütün bunlarla yanaşı tikinti-quraşdırma işləri ilə əlaqədar yaranmış inşaat zibili toplanaraq yük maşınları ilə ərazidən kənarlaşdırılmışdır.

Fotolent

Yeni xəbərlər