“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nümayəndəsi “Professional Agile Leadership” imtahanından yüksək nəticə əldə edib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Kommersiya Departamentinin rəhbəri Rüstəm Əkbərli Scrum.org tərəfindən keçirilən “Professional Agile Leadership” imtahanını uğurla keçmişdir.  

Sözügedən sertifikasiya imtahanının digər qurumlar tərəfindən də keçirilməsinə baxmayaraq, qlobal səviyyədə tanınan, ən etibarlı və reytinqli qurum olaraq Scrum.org qəbul edilir.

“Professional Agile Leadership” sertifikasiya proqramı ənənəvi layihə idarəetməsindən  fərqli olaraq dəyişən bazar şəraitində layihələrin daha çevik formada uyğunlaşması yolları, prioritetlərin düzgün müəyyənləşdirilməsi, qərarların operativ şəkildə verilmə mexanizminin qurulması, layihə komandasının formalaşması və digər zəruri, müasir metodları əks etdirir.

Fotolent

Yeni xəbərlər