“Azərbaycan Sənaye Korporasiyası” ASC-də startaplar ilə görüş keçirilib

16 avqust 2023-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya, eləcə də Korporativ xidmətlər departamenti ilə “Rabalon” şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüşün əsas məqsədi sözügedən şirkətin təqdim etdiyi İT həllərinin və şirkətə məxsus startapın təqdimatından ibarət olub. Görüş zamanı təqdim olunan həllərin “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələrində tətbiq metodlarına dair müzakirələr aparılıb. Hazırda “Rabalon” şirkətinin komandası tərəfindən startap üzərində işləri davam edir.

Fotolent

Yeni xəbərlər