“Azərbaycan Sənaye Korporasiyası” ASC-də “Etik İmza” startapı ilə görüş keçirilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən ölkədə fəaliyyət göstərən startap komandaları ilə sıx əməkdaşlıqlar qurularaq, onlara  dəstək göstərilməsi istiqamətində işlər həyata keçirilir.  Bu qəbildən olan əməkdaşlıqlar çərçivəsində  24 iyul 2023-cü il tarixində Strateji inkişaf və kommersiya departamentinin əməkdaşları Günay Şirəlizadə və Teymur Hacıyev yerli startaplardan olan “Etik İmza” ilə görüş keçirmişdir. 

“Etik İmza” platfroması vasitəsi ilə sənədləri əlavə çap, kuryer, arxiv xərcləri olmadan tam elektron formada ASAN İmza və SİMA kimi gücləndirilmiş imzalar ilə imzalama ikmanı yaranır. Şirkət daxili sənəd dövriyyəsi işlərinin daha da sürətləndirilməsinə xidmət edir. 

Qeyd olunmalıdır ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən sözügedən startapa dəstək məqsədi ilə həmin platformanın pilot – yoxlama mərhələsində lazımı məqamların nəzərə alınması və test edilməsi nəzərdə tutulmuşdur.

 

Fotolent

Yeni xəbərlər