Tərkibində olan müəssisələr

“Azəralüminium” MMC

“Azəralüminium” MMC Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesinin aparıcı şirkəti olaraq, gil-torpaqdan (aluminium oksidi), ilkin alüminium və aluminium yarımfabrikat (alüminium külçə, tökmə rulonları, soyuq yayma rulonları, lövhələri və zolaqları, həmçinin boyanmış rolunlar, pəncərə içlikləri) məhsullarının istehsalını həyata keçirir. “Azəralüminium” MMC-nin əsas istehsalan sahəsi - “Gəncə Alüminium Kompleksi” Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və ictimai obyektlər daxildir. Alüminium Kompleksi müasir, avtomatlaşdırılmış, texnologiyalar istifadə etməklə ildə 54 000 ton ilkin alüminium istehsal edir.

 “Azəralüminium” MMC tərəfindən qabaqcıl texnologiyalar əsasında istehsal olunan məhsullar dünya standartlarının bütün tələblərinə cavab verir.

“Azərpambıq ASK” MMC

Respublikamızın qeyri-neft sektorunda məhsuldar və perspektivli fəaliyyəti ilə seçilən qurumlarından biri olan “Azərpambıq ASK” MMC 2018-ci ildə yaradılmışdır.

Cəmiyyətin əsas fəaliyyət istiqamətini öz istifadəsində olan torpaq sahələrində, habelə fermerlərlə bağlanılan müqavilələr əsasında pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı təşkil edir.

“Azərpambıq ASK” MMC-nin rayonlarda 14 müəssisəsi fəaliyyət göstərir:

  • Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi – 4200 ha)
  • Beyləqan Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi – 3200 ha)
  • Bərdə Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi – 3640 ha)
  • Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi – 1750 ha)
  • Saatlı Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi – 2600 ha)
  • Şirvan Pambıq Emalı Zavodu
  • Ucar Pambıq Emalı Zavodu
  • Ağdam Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi – 540 ha)
  • Goranboy Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi – 900 ha)
  • İmişli Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi – 1800 ha)
  • Sabirabad Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi – 3090 ha)
  • Salyan Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi – 1350 ha)
  • Tərtər Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi – 1650 ha)
  • Biləsuvar Təcrübə Sınaq Təsərrüfatı (əkin  sahəsi -  800 ha)

“Azəripək” MMC

 “Azəripək” MMC 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.

 Pambıqəyirmə istehsalatının 3 növbəli iş rejimində illik istehsal gücü 3 min ton olan mahlıc emalı, baramadan xam ipək açan istehsalat 1 növbəli iş rejimində illik istehsal gücü 350 ton yaş barama, toxucu istehsalatı 1 növbəli iş rejimində illik istehsal gücü 450 min p/m ipək, 400 min p/m pambıq parça,boyaq-bəzək istehsalatı 1 növbəli iş rejimində illik istehsal gücü 24 min ədəd kəlağayı, 4 min ədəd şərf və 8 min ədəd çitmə təşkil edir.

Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur.

“ASK Xidmət” MMC

“ASK Xidmət” MMC 09 mart 2018-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsis edilmişdir. ”ASK Xidmət” MMC Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər, əsas fəaliyyəti isə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan dövlət əmlakının idarəedilməsi xidmətlərini göstərməkdir. Hal-hazırda, müəssisəmiz “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi, “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi 2-ci korpus, “AMAY” Ticarət Mərkəzi və digər əmlaklarda mülkiyyətçinin adından çıxış edərək obyektlərdə yerləşən qeyri-yaşayış sahələrini icarəyə vermək, texniki vəziyyəti nəzarətdə saxlamaq, yanğın təhlükəsizliyi və qüvvədə olan digər təhlükəsizlik normalarının müvafiq şəkildə saxlanılmasını təmin etməkdədir.

“ASK Əmlak” MMC

“ASK İdman Kompleksi” MMC 02 fevral 2018-ci il  tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən təsis edilmişdir.  Cəmiyyətin  09 mart  2021-ci il tarixli qərarına əsasən, törəmə müəssisənin adı dəyişdirilərək ”ASK Əmlak” MMC olmuşdur.  

”ASK Əmlak” MMC-nin tərkibinə daxil olan, 2000-ci  ildə AFFA tərəfindən inşa edilərək  “Şəfa” stadiounu kimi fəaliyyətə başlamış “ASK İdman Kompleksi”-nin  adı 2018-ci ilin fevral ayından etibarən  dəyişdirilmiş  və “ASK Arena” adı altında fəaliyyətini davam etmişdir.

Kompleksin tərkibinə daxil olan meydançanın tutumu 8125 nəfərdir. Arenanın ərazisində futbol meydançaları, hovuz, fitnes mərkəzi, Milli Karate Federasiyası, karate idman zalları, boks üçün zal, ofis mərkəzləri, beynəlxalq standartlara cavabverən 4 ulduzlu “Avenue” oteli, geniş otaqlı apartamentlər, 3 mərtəbədən ibarət geniş mətbəxli restoran və əyləncə mərkəzləri yerləşir.

“ASK Aqro” MMC

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Şəki, Qax və Ağsu rayonları ərazisində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkinə yararlı torpaq sahələrində müvafiq kənd təsərrüfatı bitkilərinin aqrotexniki tələblərə uyğun olaraq əkilib becərilməsi işləri “ASK Aqro” MMC-yə həvalə edilmişdir.

2022-ci ildə Şəki rayonunda 88 ha, Qax rayonunda 217.28 ha və Ağsu rayonu ərazisində yerləşən 25 ha kənd təsərrüfatı təyinatlı əkinə yararlı torpaq sahələrində müvafiq kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi əməliyyatlarının mövsüm ərzində həyata keçirilməsi planlaşdırılır.