“Azərbaycan Sənaye Korporasiyası” ASC və Çin Enerji Şirkətlər Qrupu arasında Anlaşma Memorandumu imzalanıb

        “Azərbaycan Sənaye Korporasiyası”  ASC və Çin Enerji Şirkətlər Qrupu - CEEC-NWPC ( China Energy Engineering Group Northwest Power Construction Engineering Co., Ltd.) şirkətinin  rəhbər  heyəti  arasında görüş keçirilib.  Görüşdə bərpa olunan enerji resurslarından istifadə yolları, yaşıl enerjinin  inkişafı  və  genişlənməsi ilə bağlı müzakirələr aparılıb.  Bundan əlavə istehsal sahələrində tələb olunan elektrik enerjisinin bərpaolunan resurslar hesabına qarşılanması mümkünlüyünün araşdırılması məsələsi də müzakirə mövzusu olub.

       Aparılan danışıqlar nəticəsində ilkin mərhələdə  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin fəaliyyət sahəsinə uyğun xidmətlər göstərən  Çin Enerji Şirkəti - CEEC-NWPC ilə əlaqələrin qurulması, birgə əməkdaşlıq perspektivlərinin araşdırılması, investisiya imkanlarının dəyərləndirilməsi üzrə 17 noyabr 2023-cü il tarixində  Anlaşma Memorandumu imzalanıb.

       Qeyd olunmalıdır ki, Çin Xalq Respublikası qanunvericiliyinə əsasən qeydiyyata alınmış və fəaliyyət göstərən “China Energy Engineering Group Northwest Power Construction Engineerinng Co. Ltd” enerji və infrastruktur sahəsində investisiya, maliyyələşdirmə, EPC, O&M üzrə geniş təcrübəyə malik tanınmış beynəlxalq şirkətdir. CEEC-NWPC  Çin Xalq Respublikası,  eləcə də  dünyanın digər ölkələrində  çoxlu  sayda  bərpa  olunan  enerji  layihələrinin  hazırlanması və  icrasında peşəkar xidmətlər göstərir. Bu günə qədər bərpa olunan enerji layihələrinin cəmi quraşdırılmış gücü 4,3 GVt-ı ötüb.

Fotolent

Yeni xəbərlər