Rəhbərlik

Natiq Əmirov
Müşahidə Şurasının sədri

Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilmişdir.

Kamran Nəbizadə
Baş direktor

Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib. 1992-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib . 1993-cü ildən 1998-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb. 1998-ci ildən 2003-cü ilə qədər "Lukoil Marine İnternational" şirkətinin vitse-prezidenti olub. 2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasını bitirib. 2003-2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb. 2006-cı ildən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 01 noyabr 2015-ci il tarixində Qazax rayonu 107 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru təyin edilmişdir.

İlqar İsayev
Baş direktorun müavini

İlqar İsayev 26 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə N. A. Voznesenski adına Leninqrad Maliyyə-iqtisad İnsitutunun Bakı filialının “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildən 2018-ci ilədək Azərbaycan Respublikası Maliyyə Nazirliyində, o cümlədən 1993-cü ildən müxtəlif rəhbər vəzifələrdə işləyib. Eyni zamanda 1999 - 2005-ci illərdə Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İslam İnkişaf Bankının İcraçı direktoru vəzifəsində işləyərək, həmin bankın icraçı direktorlar şurasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistanın daxil olduğu qrupu təmsil edib. Azərbaycan Respublikası Prezidentinin 09 iyul 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə Baş direktorun müavini təyin edilmişdir.

Fəxri Mehdiyev
Maliyyə departamentinin direktoru

Fəxri Mehdiyev 16 aprel 1974-cü ildə Bakı şəhərində anadan olub. 1990- cı ildə Dövlət Neft Akademiyasına daxil olub və 1995 –ci ildə ‘’Yanacaq energetika kompleks sahələrində iqtisadiyyat və idarəetmə’’ ixtisası üzrə tam kursu bitirib. 1995-2017- ci ilədək Azərbaycan Respublikası Vergilər Nazirliyində rəhbər vəzifələrdə çalışıb. 18 dekabr 2017 - ci ildə ‘’Azərbaycan Sənaye Korporasiyası’’ Açıq Səhmdar Cəmiyyətinin Maliyyə departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur.

Fuad Süleymanov
Hüquq departamentinin direktoru

Fuad Süleymanov 19 aprel 1969 –cu ildə Şəki rayonunda anadan olub. 1985-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olmuş və 1993-cü ildə M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1990-1992-ci illərdə Bakı Baş Tikinti idarəsində, 1995-1998-ci illərdə isə Ali Diplomatiya Kollecində Beynəlxalq Hüquq kafedrasında müəllim vəzifəsində çalışıb. 2000-2007-ci illərdə ‘‘NVF Consulting’’ şirkətinin direktoru vəzifəsində, 2007-2011-ci illərdə ‘’Akkord Şirkətlər Qrupu’’-nun Hüquq departamentində direktor vəzifəsində çalışıb və Ukrayna Respublikasında həmin şirkətin nümayəndəsi kimi fəaliyyət göstərib. 2011-2013-cü illərdə ’’NBCS ‘’( Nigeriya) şirkətində İcraçı direktor vəzifəsində, 2014-2015-ci ilədək ‘’ İnşaat Georgia ‘’ tikinti şirkətində direktor vəzifəsində, 2015-2016-cı illərdə isə ‘’Olerni’’ LTD şirkətində İnkişaf üzrə direktor vəzifəsində çalışıb. 18 dekabr 2017 –ci il tarixində ‘’Azərbaycan Sənaye Korporasiyası ‘’ Açıq Səhmdar Cəmiyyətinin Hüquq departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur.

İlham Bayramov
Aqrar-sənaye sahələri departamentinin direktoru

İlham Bayramov 10 avqust 1970-ci ildə Zəngəzur mahalı, Sisyan rayonunun Urud kəndində anadan olub. 1992-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” fakültəsini, 2009-cu ildə isə Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyası “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsini fərqlənmə ilə bitirib. 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursları” adlı proqramı üzrə təhsil alıb. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur. 1999-2001-ci illərdə Dövlət Torpaq Komitəsinin “Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzi”ndə şöbə rəisi, 2001-2005-ci illərdə isə həmin Mərkəzin direktor müavini vəzifəsində işləyib. 2005-2006-cı illərdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aparatında şöbə müdiri, 2006-2009-cu illərdə rəis müavini vəzifəsində çalışıb. 2009-2013-cü illərdə “Caspel” MMC (İT&Telecom Solutions İntegrator)-də İdarə Heyətinin sədr müavini, 2013-2014-cü illərdə “Azərsu” ASC-nin “İnformasiya və Kommunikasiya Texnologiyaları departamenti”nin direktoru vəzifəsində işləyib. 2014-2018-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində aparatın rəhbəri və nazirin müşaviri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 07.11.2016-cı il sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə” görə medalı ilə təltif edilmişdir. 06 noyabr 2018 - ci ildə ‘’Azərbaycan Sənaye Korporasiyası’’ Açıq Səhmdar Cəmiyyətinin Aqrar-sənaye sahələri departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur.