“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları “GSMA M360 Eurasia 2023”-də iştirak ediblər

16-17 may tarixlərində Bakıda “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransı keçirilib. Tədbirdə Huawei, Google, Nokia, Ericsson, Kcell, McKinsey, Moldcell, World Bank kimi şirkətlərin liderləri təmsil olunub. Regionda və dünyada mövcud olan texnologiya tendensiyalarından bəhs edən konfransda həm regional, həm də beynəlxalq ekspertlər iştirak ediblər. Tədbirdə müzakirə edilən əsas mövzular yeni nəsil əlaqə, geniş yayılmış rəqəmsallaşma və açıq texnologiyalar, həmçinin AI - Süni iltellekt və FinTech olmuşdur. Məruzəçilərin görüşü və panel müzakirələr ilə davam edən “GSMA M360 Eurasia 2023”-də “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları Günay Şirəlizadə və Teymur Haciyev də iştirak ediblər. Korporasiyanın nümayəndələri görüşlərə qatılaraq, startap və innovasiya ekosisteminin genişlənməsi, eləcə də yeni əlaqələrin qurulması ilə bağlı danışıqlar aparıblar.

Fotolent

Yeni xəbərlər