“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşkilatçılığı ilə tütünçülük sahəsində fəaliyyət göstərən fermerlər üçün seminarlar keçirilmişdir.

 “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşkilatçılığı ilə “Azərtütün ASK” MMC kənd təsərrüfatı sahəsində müxtəlif xidmətlər həyata keçirən “EMA” şirkəti ilə birgə Şəki, Qax, Zaqatala, Balakən rayonlarında tütünçülük sahəsində fəaliyyət göstərən fermerlər üçün seminarlar keçirmişdir. Seminarların keçirilməsində əsas məqsəd tütünün keyfiyyətinin və məhsuldarlığının  artırılması istiqamətində düzgün aqrotexniki xidmətlərin həyata keçirilməsi, zəruri dəstəyin və nəzarətin təşkil olunması, fermerlərin tütün  tədarükü mövsümündə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, tütün bitkisi üçün səciyyəvi olan xəstəlik və ziyanvericilərlə mübarizə aparılması, tütünçülükdə geniş istifadə olunan “Royaltac” adlı məhlulun düzgün istifadə qaydaları haqqında  fermerlərin təlimatlandırılması və ümumilikdə bu sahədə böyük əhəmiyyət kəsb edən informasiyaların çatdırılmasından ibarət olmuşdur.       

Seminarlar “Azərtütün ASK” MMC və Türkiyədən dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən aparılmış, onlar tütünçülük sahəsində öz təcrübələrini yerli fermerlər ilə bölüşmüşlər.  

Yeni xəbərlər