Goranboyda pambıq yığımı sürətlə davam etdirilir

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonda fəaliyyət göstərən “Azərpambıq ASK” MMC-nin Goranboy pambıq qəbulu məntəqəsində olmuşdur. İcra başçısı qəbul məntəqəsində pambığın qəbulu prossesini izləmiş, pambığın laborator analiz olunmasında yaxından iştirak etmişdir.

Məhsulun vaxtında və itkisiz yığımının təşkili, bu sahədə yarana biləcək problemlərin əvvəlcədən aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını vermişdir.

Goranboy rayonunda pambıq  yığımı sürətlə davam etdirilir.  06.11.2020-ci il tarixdə rayon üzrə 7081 ton kondisiya çəkisində xam pambıq məhsulu yığılaraq müvafiq pambıq məntəqələrinə təhvil verilmişdir.

Məlumat üçün bildiririk ki, rayon ərazisində “Azərpambıq ASK” MMC, “ MKT İstehsal  Kommersiya” MMC və “Goran–Cotton” MMC tərəfindən, ümumilikdə  cari məhsul ilində 2775,6 hektar sahədə pambıq becərilmişdir.

Goranboy Rayon İcra Hakimiyyəti

 

 

Fotolent

Yeni xəbərlər