Xəbərlər

Tərkibində olan müəssisələr

“Azəralüminium” MMC X

“Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti  “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsis edilmişdir. Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin müəssisələrini özündə birləşdirməklə  boksit (gələcəkdə həm də alunit) filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium külçə, billet ,  yarımfabrikat tökmə rulon, qalınlığı 0,2-2,5 mm olan soyuq yayılmış və boyanmış təbəqələr istehsal edir. İllik istehsal gücü 50min tondur. Müəssisənin məhsulları 98% ekspert edilərək, Türkiyə, Rusiya, Avropa Birliyi ölkələri və ABŞ-a satılır. Müəssisə  AZS Milli Sertifikatlaşdırma Sisteminin “Uyğunluq Sertifikatı” , TSE, CE, İSO 9001, İSO 14001, ONSAS 18001 sertifikatlarına sahibdir.

“Azərpambıq ASK” MMC X

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü prinsipləri rəhbər tutaraq  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təsisi ilə  25 may 2018-ci il tarixdə  “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC yaradılmışdır.  Cəmiyyət  pambıq istehsalı,  tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq  yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyət üzrə 2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29,0 min hektarda pambıq əkini aparılmış və bu günə qədər 49,3 min ton xam pambıq tədarük edilmiş, hədəf isə 58,0 min ton xam pambıq yığılmasına nail olmaqdır. Cəmiyyətin hesabında pambığın əkilməsi, becərilməsi və yığılması üçün 2993 sayda müxtəlif müasir tipli kənd təsərrüfatı texnikaları mövcuddur (“JOHN-Deere” markalı pambıq yığan kombayn, şum-mala, becərmə traktorları, qoşqular, kotan, kultivasiya aqreqatları və s.). 

“Azərtütün ASK” MMC X

Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 saylı Fərmanının icrasının təmin edilməsi məqsədi ilə tütün istehsalı üzrə 2008-ci ildən fəaliyyət göstərən “İntertobacco” MMC-nin əmlakları “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə götürülmüşdür. “Azərbaycan Sənaye Korporasiyası” ASC tütünçülüyün inkişafını təmin etmək məqsədi ilə tütün istehsalını və emalını Cəmiyyətin törəmə müəssisəsi olan “Azərtütün ASK” MMC-nin vasitəsi ilə həyata keçirir.

Hazırda “Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 236 ədəd xüsusi odla qurutma kamerası, anbar və ofis binaları, habelə digər zəruri infrastruktura malik dörd quru tütün istehsalı məntəqəsi və Zaqatala rayonunda isə bir tütün emalı zavodu fəaliyyət göstərir. Qurutma kameraları bu sahədə tanınmış Bolqarıstanın “Ronis” və İtaliyanın “Cone”, emal zavodunun  avadanlıqları  isə ABŞ-ın “MacTavish Evans” və İtaliyanın “Goddiolli Bellanti” şirkətlərinə məxsusdur. Ümumilkdə “Azərtütün ASK” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 153 daimi iş yeri vardır, mövsümdə isə 550-600 nəfər müvəqqəti işə cəlb edilir.

“ASK Xidmət” MMC X

“ASK Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyəti 09 mart 2018-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsis edilmişdir.”ASK Xidmət” MMC Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər,əsas fəaliyyəti isə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan dövlət əmlakının idarəedilməsi xidmətlərini göstərməkdir.Hal-hazırda, müəssisəmiz “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi, “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi 2-ci korpus, “AMAY” Ticarət Mərkəzi və digər əmlaklarda mülkiyyətçinin adından çıxış edərək obyektlərdə yerləşən qeyri-yaşayış sahələrini icarəyə vermək,texniki vəziyyəti nəzarətdə saxlamaq,yanğın təhlükəsizliyi və qüvvədə olan digər təhlükəsizlik normalarının müvafiq şəkildə saxlanılmasını təmin etməkdədir.

“ASK İdman Kompleksi” MMC X

"ASK Arena"2000-ci ildə AFFA tərəfindən inşa edilmişdir. Meydançanın tutumu 8125 nəfərdir. Arena futbol üzrə premyer liqanın meydançası kimi istifadə olunur. Arenanın ərazisində futbol meydançaları, hovuz, fitnes mərkəzi, Milli Karate Federasiyası və karate idman zalları, boks üçün zal, ofis mərkəzləri, beynəlxalq standartlara cavab verən və Azərbaycanda fəaliyyət göstərən otellər sırasında  38-ci yerdə olan 4 ulduzlu “Avenue” oteli, geniş otaqlı apartamentlər, 3 mərtəbədən ibarət geniş mətbəxli restoran və əyləncə mərkəzləri yerləşir.

“ASK Şüşə” MMC X

Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 25 ünvanında yerləşən “ASK Şüşə”  MMC 2018-ci ilin fevral ayında təsis edilib və “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsusdur. Müəssisə  22 ha ərazidə yerləşir və  İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilib.  Burada 120 tonluq şüşəbişirmə sobası, əlavə korpus və sexlər yerləşir. İstehsalat sahəsi yeni sistemli qablaşdırma sexi, laboratoriya  və anbardan ibarətdir. Müəssisə regionda ən geniş imkanlara sahib olan istehsalçıdır. Əsas xammalın müəyyən hissəsi ölkədaxili, müəyyən hissəsi isə Rusiya, Ukrayna və Türkiyədən gətirilir. 

“ASK Şəki Şərab” MMC X

Şəki şəhərinin Cələbi xan qəsəbəsində yerləşən “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Şəki şərab zavodu 2011-ci ildə təsis edilmişdir. Zavod baş və əlavə korpus olmaqla iki hissədən ibarətdir. Baş korpus yeni sistemli qablaşdırma sexi , müasir texnologiyalarla təchiz edilmiş laboratoriya  və böyük həcmli anbardan ibarətdir. Digər korpus isə üzümün qəbulu və emalı sexi , ağ və qırmızı olmaqla qıcqırma sexi və böyük şərab zirzəmisindən ibarətdir. Zavoddakı avadanlıqlar İtaliyanın "Della Toffola" brendinə məxsusdur. Bir sözlə keyfiyyətli və Avropa  standartlarına uyğun dadlı şərablar hazırlamaq üçün müəssisədə hər bir şərait yaradılmışdır.

“Azəripək” MMC X

Müəssisə 5 əsas istehsal sahələrindən ibarətdir: baramadan xam ipəyi açan, toxucu, boyaq-bəzək, pambıqəyirici və burucu. Müəssisədə quraşdırılmış Almaniya, Polşa, Hollandiya istehsalı olan avadanlıqlarda yüksək keyfiyyətli xam ipək, ipək şərflər, ipək kəlağayılar və pambıq iplik istehsal olunur. İstehsal olunan məhsullar Rusiya, Türkiyə, İran və Türkmənistana ixrac olunur.

“ASK İzolit” MMC X

“ASK izolit” MMC “Mingəçevir İzolit” ASC-nin bazasında yaradılmışdır. Müəssisədə aşağıda göstərilən növ məhsullar istehsal olunur:

-    elektrotexnika və energetika sənayesi üçün izolyasiya məhsulları, polimer borular, polimerdən birləşdirici elementlər və hissələr, şüşəplastikdən geniş çeşidlərdə kompozit profillər və armaturlar,metropolitendə elektrokontakt xəttlərinin izoləedici örtükləri, neft-qaz sənayesi üçün şüşəplastikdən borular və fittinqlər, geoloji kəşfiyyat və lay-süxur tədqiqatları üçün şüşəplastik içliklər, kimyəvi aqressiv məhlulların, turşu və duzların nəqli üçün borular və sairə.

Müəssisənin məhsulları AZS Milli Sertifikatlaşdırma Sisteminin “Uyğunluq Sertifikatı” ilə istehsal olunur.

“ASK Tekstil” MMC X

“ASK Tekstil” MMC-nin nəzdində olan fabrikin iplik istehsal sahəsində 100 faiz pambıq olan 2 növ iplik istehsal edilir. Tam avtomatlaşdırılmış trikotaj toxuma avadanlıqları vasitəsilə Türkiyədən gətirilən akril ipliklərdən və fabrikin istehsalı olan pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları istehsal edilir. Köynək istehsalı sahəsində isə əsasən tərkibi 100 faiz pambıq olan parçalardan istifadə olunur. Ənənəvi istehsal sahələrindən biri də xalça istehsalı sahəsidir. Burada bitki mənşəli boyalardan istifadə edilir və Azərbaycanın bütün xalçaçılıq məktəblərinin çeşidlərini görmək olar.

“ASK Security” MMC X

“ASK Security” Məhdud Məsuliyyətli Cəmiyyəti  “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrinə məxsus qeyri-yaşayış obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və qorunmasını həyata keçirən mühafizə şirkətidir. Şirkət zəngin iş təcrübəsi və peşəkar əməkdaşları sayəsində  mühafizə xidmətini yüksək dəqiqlik və peşəkarlıq prinsipləri çərçivəsində həyata keçirir.

“ASK Ayaqqabı Fabriki” MMC X

Fabrikdə yüksək səviyyədə ixtisaslaşmış ustalar, texnoloqlar, dizaynerlər, həmçinin ayaqqabı istehsalı üzrə tərcübəli işçilər çalışır. İstehsal sexləri "Klockner Desma", "PFAFF", "Toktas", "Techno Minuterie", "Yili Shoes Machinery" və digər  istehsalçıların qabaqcıl texnologiyalarına cavab verən avadanlıqlarla təchiz olunub. İstehsal gücü illik 500000 cüt ayaqqabıdır. Hərbi təyinatlı və işçi ayaqqabı çeşidlərimiz ən yüksək standartlara cavab verir. Fabrik İSO9001:2000, İSO9001-2008 və EN345 sertifikatlarına layıq görülüb.

“ASK Heyvandarlıq” MMC X

“ASK Heyvandarlıq” MMC Şəki rayonunun Orta Zəyzid kəndində  fəaliyyət göstərir. Südçülük-maldarlıq üzrə  damazlıq təsərrüfatı rayonda cins maldarlığın inkişafında mühüm yer tutur. Müasir tipli bu heyvandarlıq kompleksində hazırda “Holştin-friz” (Hollandiya) cinsindən olan 1400 baş iribuynuzlu heyvan saxlanılır. Heyvandarlıq kompleksinə böyük fermalar, sağım sexi, laboratoriya və yardımçı tiklilər daxildir. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 32 baş inəyin südünün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanılması təmin olunur. Kompleksdə saatda 10 ton südün pasterize edib istehsal edilməsi üçün pendir zavodu, hər biri 500 ton tutumu olan ot saxlamaq üçün 3 ədəd talvar, silos və senaj basdırmaq üçün 6000 ton tutumu olan anbar  mövcuddur.

Biz kimik?

Dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, müəssisələrin istehsal potensialının artırılmasına və onlar arasında əlverişli kooperasiya əlaqələrinin qurulmasına nail olmaq üçün yaradılmış Açıq Səhmdar Cəmiyyəti.

Dünya qiymətləri

Alüminium $2020.71 $-20.58(-1.01%)
Tütün $1139.82 $-14.65(-1.27%)
Pambıq $1562.44 $-7.23(-0.46%)