“Azərbaycan Sənaye Korporasiyası” ASC-də Ekspertlər Şurası yaradıldı

 “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən ikimərhələli tender keçirilir. Tenderin keçirilməsində məqsəd Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən Zəylik Alunit Mədəni”ndə alunit filizi ehtiyatlarının qiymətləndirilməsi və müasir zənginləşdirmə texnologiyası ilə alunit filizindən gil-torpaq istehsalı üçün zəruri olan alunit konsentratının əldə edilməsi, hasil edilən alunit konsentratını emal etməklə tərkibindəki gil-torpaq, gübrələr və digər yararlı məhsulların çıxarılması üçün tətbiq olunacaq iqtisadi baxımdan səmərəli, ekoloji cəhətdən təhlükəsiz texnologiyanın seçimi, bu texnologiyanın laboratoriya, yarımsənaye və sənaye sınaqlarının aparılması, həmçinin ətraflı texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsidir.

     Həmin tender üzrə əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-də metallurgiya üzrə təcrübəli mühəndis heyəti və məsləhətçi qrupdan ibarət aşağıdakı tərkibdə Ekspertlər Şurası yaradılıb :

-  Erman Car, metallurgiya mühəndisi– sədr;

-  Elxan Məmmədov, “ASK” ASC-nin Maliyyə departamentinin direktorunun müavini – üzv;

- Ələkbər Əhmədov, Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi – üzv;

- Turqay Dəmirov, Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi – üzv;

-  Oqtay Rəfiyev, “Azəralüminium” MMC-nin İstehsalat sahələrinin birləşmiş müdirliyinin direktoru – üzv;

-  Cəlal Həbibov, “Azəralüminium” MMC-də maliyyə üzrə mütəxəssis – üzv;

-  Akif İbişov, “Azəralüminium” MMC-də gil-torpaq istehsalı üzrə mütəxəssis – üzv;

- Asif Azərli, AR FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Kimya, neftkimya və neftqaz emalı sənayesində işlərin görülməsinə nəzarət müfəttişliyin baş məsləhətçi-baş müfəttişi - üzv;

-  İntiqam Salmanov, AR FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Yerin təkinin mühafizəsi və dağ-mədən  nəzarəti müfəttişliyin baş məsləhətçi-baş müfəttişi - üzv;

-  Onuralp Yücel,  İstanbul Texniki Universitetinin metallurgiya mühəndisi– üzv;

-  Errol Jaeger, “Jaleem Engineers” MMC-nin Boksit və alüminium sahələri üzrə məsləhətçisi – üzv;

- Çingiz Kaşkay – AMEA Geologiya və Geofizika İnstitutunda şöbə rəhbəri – üzv;

- Arif Heydərov – AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda laboratoriya müdiri – üzv;

- Şahbəddin Musayev – “AzerGold” QSC-də Geoloji kəşfiyyat şöbəsinin müdiri - üzv.

Yeni xəbərlər