“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılmışdır.

Cəmiyyətin yaradılmasında məqsəd

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasının məqsədləri aşağıdakılardır:

  • “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanın tətbiqi ilə əlaqədar dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq.
  • Korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq.
  • Dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq.
  • Ölkədə iqtisadiyyatın tarazlı, rəqabətqabiliyyətli və dayanıqlı inkişafını təmin etmək.
  • Uğurlu inkişafın təmin edilməsi üçün növbəti dövrlərdə də, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla, iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun bir sıra tədbirləri həyata keçirmək, o cümlədən mövcud təbii və iqtisadi resursları təsərrüfat dövriyyəsinə cəlb etmək, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan əmlakları daha səmərəli idarə etmək.
  • Qeyri-neft sektorunun inkişaf sürətini artırmaq, regionlarda və bütövlükdə respublikada yeni iş yerlərinin açılması ilə işsizliyi aradan qaldırmaq, əhalinin maddi-rifah halının yüksəldirməsini təmin etmək.

Hazırda “ASK” ASC-nin nəzdində iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 8 törəmə müəssisə fəaliyyət göstərir.

1. “Azəralüminium”  MMC,

2. "Azərpambıq ASK”  MMC,

3. “Azəripək”  MMC,

4. "ASK Aqro" MMC,

5. “ASK Əmlak” MMC ,

6. “ASK Xidmət”  MMC,

7. “ASK Security”  MMC,

8. “ASK-Russia”  MMC (fəaliyyət göstərmir).