Əmək haqqı:

1700 AZN

Həftəiçi 5 gün

Saat: 0900 - 1800

Baş mühasib (müdir)- Zaqatala şəhəri, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC


Tələb olunan bilik və bacarıqlar :


  • Vahid hesablar planına uyğun olaraq bütün biznes əməliyyatlarının qeydiyyatının aparılmasını təşkil etmək;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etmək;
  • Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin 1C8 kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
  • Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək ;
  • Maddi dəyərlilərin qorunması təmin etmək, vaxtaşırı maddi dəyərlilərin inventarizasiyanı aparmaq;
  • Tabeçiliyində olan işçilərin müəssisənin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika  qaydalarına riayət etmələrini təmin etmək. ;
  • Müəssisənin auditorlar və yoxlama orqanları tərəfindən yoxlamalarının həyata keçirilməsinin təşkil edilməsi ;
  • Balans və müəssisənin fəaliyyəti haqqında digər ümumi hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsi. Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsinə nəzarət;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS / İFRS) uyğun olaraq maliyyə uçotunu aparmaq və MHBS üzrə maliyyə hesabatlarının hazırlanmaq;
  • Müəssisənin büdcəsinin hazırlanması və bunun üçün müvafiq şəbə və texniki-mühəndis rəhbər işçiləri ilə birgə işin təşkili;
  • Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlərin görülməsi;
  • Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsinin təmin edilməsi; 
  • İş fəaliyyətində mövcud olan və ehtimal edilən riskləri müəyyən etməli, qiymətləndirməli və onların nəticələrinin yumşaldılması üçün təbirlər planlaşdırmalı və həyata keçirməlidir.
  • Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etmək;

Namizədə tələblər :


 

  • Mülki, maliyyə, vergi qanunvericiliyin bilməli;.
  • Mühasibat uçotunun müəssisədə təşkilini bilməli;
  • Ali təhsilli 
  • Ən azı 3 il baş mühasib və yaxud baş mühasibin müavini vəzifəsində iş təcrübəsi
  • 1C8 mühasibatlıq proqramı və MS Office kompüter biliyi            
  • Maliyyə və idarəetmə üçotu üzrə peşəkarlığını təsdiq edən sertifikatlar
  • Məsuliyyətli və intizamlı olmaq
  • Biznes etikası qaydalarına riayət etmək və nümunəvi davranış
  • Komandada çalışmaq bacarığı
  • Vaxtın düzgün planlaşdırılması və tapşırıqların vaxtında icrası
  • Dəyişikliklərə çevik reaksiya vermək və tez uyğunlaşmaq

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Baş mühasib (müdir)- Zaqatala şəhəri, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC ” yazaraq office@azertobacco.com ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.



Əmək haqqı:

1200 AZN

Həftəiçi 5 gün

Saat: 0900 - 1800

Maliyyə Departamentinin Maliyyə təhlili şöbəsinin mütəxəssisi


Tələb olunan bilik və bacarıqlar :



Namizədə tələblər :


  • Müvafiq maliyyə və iqtisadi təhsil (bakalavr və daha yüksək)
  • İxtisaslaşmış təlim-tədris müəssisə və təşkilatlarından müvafiq sertifikatlar (ACCA, CİMA, CFA və s.)
  • İş təcrübəsi (minimum 3 il)
  • Məsuliyyətli və intizamlı olmaq
  • Biznes etikası qaydalarına riayət etmək və nümunəvi davranış
  • Komandada çalışmaq bacarığı
  • Vaxtın düzgün planlaşdırılması və tapşırıqların vaxtında icrası
  • Dəyişikliklərə çevik reaksiya vermək və tez uyğunlaşmaq

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Maliyyə Departamentinin Maliyyə təhlili şöbəsinin mütəxəssisi ” yazaraq hr@ask.gov.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.



Əmək haqqı:

1200 AZN

Həftəiçi 5 gün

Saat: 0900 - 1800

Maliyyə Departamentinin Maliyyə hesabatları şöbəsinin mütəxəssisi


Tələb olunan bilik və bacarıqlar :


  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq maliyyə uçotunu aparmaq və maliyyə hesabatlarının hazırlanması ilə bağlı maliyyə siyasətinin hazırlanmasında iştirak etmək, maliyyə siyasətinin müntəzəm olaraq yenilənməsi üçün araşdırma aparmaq, təkliflər vermək və icrasına nəzarəti həyata keçirmək;
  • Vahid hesablar planını və ona uyğun olaraq standart müxabirləşmələrin hazırlanmasına dəstək vermək;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq maliyyə hesabatlarının, o cümlədən maliyyə vəziyyətinə dair hesabat (Balans hesabatı), Mənfəət və ya Zərər və digər məcmu gəlirlər hesabatı, Pul vəsaitlərinin hərəkətinə dair hesabat, Kapitalda dəyişikliklər barədə hesabat, qeyd və açıqlamaların hazırlanmasına dəstək göstərmək, hesabatların vaxtında təqdim edilməsini təmin etmək;
  • Maliyyə və uçot şöbələrinə maliyyə uçotunun aparılmasında metodiki dəstək göstərmək, o cümlədən gündəlik əməliyyatlar üzrə maliyyə uçotuna dair meydana çıxan problemləri həll etmək və sualları cavablandırmaq;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanan maliyyə hesabatları üzrə maliyyə təhlillərini aparılmasını təmin etmək və müəyyən ediləcək uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflər vermək;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq Cəmiyyətin konsolidasiya edilmiş illik maliyyə hesabatlarının hazırlanmasına dəstək vermək;
  • Cəmiyyət və zəruri olduqda onun törəmə müəssisələr üzrə maliyyə hesabatlarının kənar auditi proseslərini koordinasiya etmək;
  • Cəmiyyətin törəmə müəssisələrinin aktivlərinin qorunması və bazar dəyərinin artmasına töhfə vermək;
  • Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində rəhbərliyə təkliflər vermək;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədləri ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək;

Namizədə tələblər :


  • Müvafiq maliyyə və iqtisadi təhsil (bakalavr və daha yüksək)
  • İxtisaslaşmış təlim-tədris müəssisə və təşkilatlarından müvafiq sertifikatlar (ACCA, CİMA, CFA və s.)
  • İş təcrübəsi (minimum 3 il)
  • Məsuliyyətli və intizamlı olmaq
  • Biznes etikası qaydalarına riayət etmək və nümunəvi davranış
  • Komandada çalışmaq bacarığı
  • Vaxtın düzgün planlaşdırılması və tapşırıqların vaxtında icrası
  • Dəyişikliklərə çevik reaksiya vermək və tez uyğunlaşmaq

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Maliyyə Departamentinin Maliyyə hesabatları şöbəsinin mütəxəssisi ” yazaraq hr@ask.gov.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.