“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə Saatlı Pambıq İstehsalı Emalı Zavodunda olub

      “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə "Azərpambıq ASK" MMC-nin Saatlı rayonunda yerləşən Pambıq İstehsalı Emalı Zavodunda aparılan əsaslı təmir-bərpa və yenidənqurma işlərinin yekun mərhələsi ilə tanış olmaq üçün bu rayona səfər edib. Yenidənqurma işlərinə ümumi baxış keçirən baş direktor mövcud vəziyyətlə tanış olub. Kamran Nəbizadə zavodun ərazisində aparılan abadlıq və infrastruktur təminatı işlərinin vaxtında həm də yüksək keyfiyyətlə başa çatdırılmasına dair müvafiq  göstərişlər verib, qarşıda duran hədəf və tədbirlər müzakirə edilib.

       Saatlı PİEZ-in modernizasiyası layihəsinin icrasına 2021-ci ilin avqust ayında başlanılıb. Layihənin məqsədi pambıq istehsalının artmasını nəzərə alaraq, zavodun ümumi istehsal gücünün, eyni zamanda emaldan alınan məhsulların keyfiyyət göstəricilərinin yüksəldilməsini təmin etməkdir.  

       Qeyd olunan yenidənqurma işləri “Azərpambıq ASK” MMC-nin mənfəəti hesabına həyata keçirilir.

Fotolent

Yeni xəbərlər