“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşı beynəlxalq biznes kampında iştirak edib

         17-21 iyul 2023-ci il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Hoffman Co – “İstanbul Biznes Kamp”ı təşkil olunmuşdur. Biznes Kamp çərçivəsində “Proje zamanlası ve yönetimi”,  “Personal Developmentand and Entrepreneurship”, “Pazarlama-Marketing ve Marka Yönetimi”, “Business Communication”, “Özgüven ve Stress yönetimi”, “İnsan Kaynakları” ve “Personal Branding” mövzuları üzrə təlimlər keçirilmişdir. Türkiyənin müxtəlif ali təhsil müəssisələrində peşəkar təlimçilər tərəfindən aparılan Biznes Kampda ölkəmizdə fəaliyyət göstərən qabaqcıl müəssisə və təşkilatların əməkdaşları iştirak etmişdir. ”Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Aygül Orucova da sözügedən Biznes Kampda  iştirak edərək, sertifikatlarla təltif olunmuşdur.  

Fotolent

Yeni xəbərlər