Digər bildirişlər

S/N Təşkilatın adı Malların (işlərin və xidmətlərin) adı Tarix
841 “Azəralüminium” MMC "Azəralüminium" MMC tərəfindən 2 noyabr tarixində elan edilmiş "Fərdi mühafizə vasitələrinin satın alınması" elektron açıq tenderinin sənədlərin qəbul tarixi və vaxtı 03.12.2020 saat 11:00-a, Müsabiqənin bitmə tarixi və vaxtı 11.12.2020 saat 17:00-a, Zərflərin açılış tarixi və vaxtı 14.12.2020 saat 11:00-a uzadılır. 23.11.2020
842 “Azərpambıq ASK” MMC lifli məhsulların preslənib qablaşdırılmasında istifadə olunacaq məftil-kəmərin satın alınması üçün açıq tender metodu ilə keçiriləcək olan satınalma prosedurunun son sənəd qəbulu müddəti 20 noyabr 2020-ci il tarixindən 25 noyabr 2020-ci il tarixinə saat 17:00-a keçirilir.Qiymət təklifləri isə 04 dekabr 17:00-a qədər qəbul ediləcəkdir. Zərf açılışı isə 07 dekabr 2020-ci il saat 17:00-da baş tutacaqdır. 20.11.2020
843 “ASK Ayaqqabı Fabriki” MMC "ASK Ayaqqabı Fabriki" MMC tərəfindən “Kirov İskoj Kombinatı” ASC şirkətindən (ünvan Rusiya Federasiyası, 610020, Kirov şəh. K.Marks küç.4) vulkanlaşdırılmamış rezin qarışığının 2 (iki) partiya ilə daşınması xidmətinin satın alınmasına dair 28 oktyabr 2020-ci il tarixində elan olunmuş kotirovka sorğusu ilə keçirilən satınalma prosedurunun qalibi "PROFF LOGİSTİCS" MMC olmuşdur. Həmin şirkət ilə ƏDV–siz 7820 AZN məbləğində satınalma müqaviləsi imzalanmışdır. 13.11.2020
844 “ASK” ASC “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti dəftərxana və təsərrüfat mallarının satın almasına dair 06.04.2020-ci il tarixində www.ask.gov.az və www.etender.gov.az internet saytlarında kotirovka sorğusunun keçirilməsi ilə bağlı elan dərc olunmuşdur. Keçirilmiş satınalma proseduru nəticəsində “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7.2-ci maddəsinə əsasən AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ştq, R. Salmanov (Maştağa), ev 34 ünvanında yerləşən “Ofis Aləmi” MMC qalib gəlmişdir. Bu təşkilatla 13.05.2020-ci il tarixində 22 646.45 (iyirmi iki min altı yüz qırx altı manat, 45 qəpik) AZN qiymətində müqavilə imzalanmışdır. 12.11.2020
845 “ASK Ayaqqabı Fabriki” MMC "ASK Ayaqqabı Fabriki" MMC tərəfindən ehtiyat hissələrin satın alınmasına dair 10 sentyabr 2020-ci il tarixində elan olunmuş açıq elektron tender ilə keçirilən satınalma prosedurunun qalibi “HERMES ZF” MMC olmuşdur. Həmin şirkət ilə ƏDV daxil 58658,73 AZN məbləğində satınalma müqaviləsi imzalanmışdır. 11.11.2020
846 “Azəralüminium” MMC "Azəralüminium" MMC tərəfindən keçirilmiş "Müəssisə daxilində maye metalın daşınmasında istifadə edilən “Dongfeng” (truck model: EQ3208GB3GJ; engine model: B21033; engine No.: 87223812; VIN: LGAX4BD39B2015877) markalı yük maşınları üçün ehtiyat hissələrinin satın alınması" açıq tenderinin qalibi olan "Avto Baku in Gründüng LTD" MMC ilə 23 oktyabr tarixli, yekun məbləği 7,922.52 AZN təşkil edən satınalma müqaviləsi imzalanmışdır. 04.11.2020
847 “Azəralüminium” MMC "Azəralüminium" MMC tərəfindən keçirilmiş "Müəssisə daxilində gil-torpaq (alüminium oksidi) yükünün daşınmasında istifadə edilən “Dongfeng” (truck model: DFL1250B; engine model: YC6A260-33; engine No.: A10E1B00022; VIN: LGAX4C437B1023178) markalı yük maşınları üçün ehtiyat hissələrinin satın alınması" açıq tenderinin qalibi olan "Avto Baku in Gründüng LTD" MMC ilə 23 oktyabr 2020 tarixli, yekun məbləği 16,449.20 AZN (on altı min dörd yüz qırx doqquz manat iyirmi qəpik) olan satınalma müqaviləsi imzalanmışdır 04.11.2020
848 “Azəralüminium” MMC “Valların mərkəzləşdirilməsi üçün cihaz-SKF TKSA 41” satın alınması üçün 22.10.2020-ci il tarixində elan olunmuş kotirovka sorğusunun müddətini 10.11.2020-ci il 17:00 tarixinədək uzadır. Maraqlanan təşkilatlar (050) 271-16-12 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. 04.11.2020
849 “Azəralüminium” MMC “Yağların təmizlənməsi qurğusu və təmizlik ölçən cihazı”nın satın alınması üçün 22.10.2020-ci il tarixində elan olunmuş kotirovka sorğusunun müddətini 10.11.2020-ci il 17:00 tarixinədək uzadır. Maraqlanan təşkilatlar (050) 271-16-12 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. 04.11.2020
850 “Azəralüminium” MMC 80 tonluq avtomobil tərəzisi və platformalı anbar tərəzilərinin satın alınması üçün 22.10.2020-ci il tarixində elan olunmuş kotirovka sorğusunun müddətini 10.11.2020-ci il 17:00 tarixinədək uzadır. Maraqlanan təşkilatlar (050) 271-16-12 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. 04.11.2020
851 “Azəralüminium” MMC “Azəralüminium” MMC tərəfindən elanı verilmiş 40 yük maşınına (Hər maşına yükləmə 4-7 ton) yüklənəcək karton gilizlər yükünün Lipesk(Rusiya)- Gəncə sahəsi marşrutu ilə 20 Tentli,20 REF tipli maşının daşınması xidmətinin satın alınması üçün keçirilən elektron tenderdə qalib olmuş AVM LOGİSTİKA MMC şirkəti ilə 22.10.2020-ci il tarixində 110500 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. 02.11.2020
852 “Azərpambıq ASK” MMC “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin “John Deere” markalı texnikalar üçün şpindel yuyucu maye və şpindel yağının satın alınmasına dair 15.07.2020-ci il tarixli Respublika qazetində, 14.07.2020-ci il tarixli ask.gov.az internet saytında dərc edilmiş açıq tender prosesində ən aşağı qiymət təklifi verən Türkiyə Cümhuriyyəti, Adana, Heydəroğlu məh, Karataş bulvari 330, Yürügir., ünvanında yerləşən “DCT Tarim Diş Ticaret” A.Ş şirkəti qalib gəlmişdir. Həmin təşkilatla 12.10.2020-ci il tarixində 122543.00 USD qiymətində müqavilə imzalanmışdır. 30.10.2020
853 “Azərpambıq ASK” MMC “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-yə aid nəqliyyat vasitələri və maşın-mexanizmlər üçün yeni cərəyan akkumulyatorlarının alınmasına dair 29.07.2020-ci il tarixli Respublika qazetində, 28.07.2020-ci il tarixli ask.gov.az internet saytında dərc edilmiş açıq tender prosesində ən aşağı qiymət təklifi verən Bakı şəhəri, Xətai rayonu, l2I7-ci məhəllə, Afiyaddin Cəlilov küçəsi, ev 20. ünvanında yerləşən “Şurataz LTD” MMC şirkəti qalib gəlmişdir. Həmin təşkilatla 26.10.2020-ci il tarixində 63991.40 AZN qiymətində müqavilə imzalanmışdır. 30.10.2020
854 “Azəralüminium” MMC “AZƏRALÜMİNİUM” MMC tərəfindən 23 sentyabr 2020-ci il tarixində elan edilmiş 220 000 ton gil-torpağın satın alınması məqsədilə ilə keçirilən açıq tenderin iştirak üçün tələb olunan sənədlərin təqdim olunma tarixi 11.11.2020-ci il saat 18:00 tarixinədək uzadılır. İddiaçıların təklifləri 12.11.2020-ci il saat 14:00 tarixində açılacaqdır. 29.10.2020
855 “Azəralüminium” MMC "AZƏRALÜMİNİUM” MMC tərəfindən 23 sentyabr 2020-ci il tarixində elan edilmiş 60 000 ton bişirilmiş karbon anod bloklarının satın alınması məqsədilə ilə keçirilən açıq tenderin iştirak üçün tələb olunan sənədlərin təqdim olunma tarixi 11.11.2020-ci il saat 18:00 tarixinədək uzadılır. İddiaçıların təklifləri 12.11.2020-ci il saat 14:00 tarixində açılacaqdır. 29.10.2020
856 “Azəralüminium” MMC "Azəralüminium" MMC tərəfindən İşçilər üçün qış geyimlərinin satın alınması məqsədilə etender.gov.az portalı vasitəsilə keçirilmiş açıq tender prosedurunun nəticələri qiymətləndirilmiş və "Atek Uniform" MMC qalib seçilmişdir. Qalib təşkilatla 23.10.2020-ci il tarixli, yekun məbləği 53,200 AZN olan satınalma müqaviləsi imzalanmışdır 29.10.2020
857 “ASK Ayaqqabı Fabriki” MMC Ehtiyat hissələrin satın alınması açıq tenderinin iştirakçılarının nəzərinə ! Dövlət Satınalmaları vahid internet portalında texniki xətaya görə tender iştirakçılarının portala daxil olmasında və əməliyyatların yerinə yetirməsində çətinliklər ortaya çıxmışdır. Bunu nəzərə alaraq iştirakçıların portal üzərindən əməliyyatların tam yerinə yetirə bilməsini təmin etməkdən ötrü müsabiqənin bitmə tarixi və vaxtı 26.10.2020-ci il saat 15:00-a, zərflərin açılış tarixi və vaxtı isə 27.10.2020-ci il saat 15:00-a qədər uzadılmışdır. “ASK Ayaqqabı Fabriki ” MMC-nin Tender Komisiyası 19.10.2020
858 “Azəralüminium” MMC “Azəralüminium” MMC tərəfindən elanı verilmiş Zakopitye Belorusiya (kod 150405)-Gəncə stansiyası (556208) marşrutu üzrə alüminium fluorid yükünün daşınmasının satın alınması üçün keçirilən elektron tenderdə qalib olmuş One Touch Trade&Logistics şirkəti ilə 14.10.2020-ci il tarixində 185640 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. 15.10.2020
859 “Azəralüminium” MMC “AZƏRALÜMİNİUM” MMC, tərəfindən 21 Sentyabr 2020-ci il tarixində elan edilmiş boylerlərin (işçi təzyiqi 10 Bar, sınaq təzyiqi 13 Bar) satın alınması məqsədilə elan olunmuş kotirovka sorğusunda iştirak üçün tələb olunan sənədlərin təqdim olunma tarixi 15.10.2020-ci il saat 17:00 tarixinədək uzadılır. 06.10.2020
860 “Azəralüminium” MMC “Azəralüminium” MMC tərəfindən elanı verilmiş Zakopitye Belorusiya (kod 150405)-Gəncə stansiyasına (556208) marşrutu üzrə alüminium fluorid yükünün daşınmasının satın alınması üçün keçirilən elektron tenderdə 2 ci yeri tutmuş "Soyuzkontakt trans "MMM şirkəti ilə 240 ton yükün daşınması üçün 05.06.2020-ci il tarixində 36067.20 manat məbləğində 1 mənbədən satınalma müqavilə bağlanmışdır. 06.10.2020