Tenderə dəvət

72 000 ton bişirilmiş karbon anod blokları satın alınması ilə əlaqədar

“Azəralüminium” MMC AÇIQ TENDERƏ DƏVƏT EDİR :

İştirak haqqı: 750 AZN

S/S Malların işlərin və ya xidmətlərin adı Malın və ya məhsulun kodu Təsviri və ya xüsusiyyətləri Ölçü vahidi Həcmi / miqdarı
1 bişirilmiş karbon anod blokları - alüminium elektrolizi prosesi üçün ton 72000

 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan, Bakı şəhəri, Yasamal rayonu, İzmir 14, AZ1065, ASK Villa, 3-cü mərtəbə, Azəralüminium MMC
(Əlaqələndirici şəxs Sofiya Ashirova, telefon +994502731345 ve ya Sofiya.Ashirova@Azeraluminium.com) ünvanından ala bilərlər.

Hesab AZ03NABZ01350100000000002944
VÖEN 1305481501
Bank : “Azərbaycan Beynəlxalq Bankı “Gəncə” filialı
Kodu  509352
VÖEN 9900001881
M/H AZ03NABZ01350100000000002944
S.W.İ.F.T İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2023-01-10 saat 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2023-01-19 saat 18:00 qədər, Azərbaycan, Bakı şəhəri, Yasamal rayonu, İzmir 14, AZ1065, ASK Villa, 3-cü mərtəbə, Azəralüminium MMC, tender komissiyasının sədri Oqtay Rəfiyevin diqqətinə ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2023-01-23 saat 14:00 tarixində Azərbaycan, Bakı şəhəri, Yasamal rayonu, İzmir 14, AZ1065, ASK Villa, 3-cü mərtəbə, Azəralüminium MMC ünvanında ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© 2018 Azərbaycan Sənaye Korporasiyası. Bütün hüquqlar qorunur.