BİLDİRİŞ
“AZƏRALÜMİNİUM” MMC, tərəfindən 30 noyabr 2021 – ci il tarixində elanı verilmiş “Körpülü kranların trolley xətlərindən elektrik dövrələrinin qidalandırılması üçün kömür dəstlərinin satınalınması məqsədilə keçirilən kotirovka sorğusunda iştirak etmiş şirkətlərin qiymət təkliflərinin açılışı zamanı ikinci və üçüncü yerlərin qiymət təklifləri ehtimal qiymətdən yüksək olduğu üçün kənarlaşdırılmışdır. Ən ucuz qiymət təklifi vermiş iddiaçının təklif etdiyi malların nümunələri qəbul edilmiş və tələb olunan texniki tapşırığa uyğunluğu yoxlanıldıqdan sonra tender təklifinin tenderin əsas şərtlər toplusuna uyğun olmadığı müəyyən edilmişdir “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2 maddəsinə əsasən kotirovka sorğusunun nəticələri ləğv edilmişdir.
Əlaqələndirici şəxs: Tuqay Həmidli
Telefon: +994502502787
Elektron ünvan: tugay.hamidli@azeraluminium.com
SATINALMA KOMİSSİYASI