BİLDİRİŞ

“Azərbaycan Sənaye Korporasiyası” ASC “Azərtütün ASK” MMC üçün Qax və Şəki Tütün istehsalı və emalı məntəqələrinin hər birində 30 (otuz) ədəd yeni odlaqurutma kameraları quraşdırmaqla, onların yenidən qurulması işlərinin layihələndirilməsinə dair təkliflər sorğusu metodu ilə satınalma keçirmişdir. Satınalma prosesində ən aşağı qiymət təklifi verən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu qalib gəlmişdir. Həmin təşkilatla 07.01.2019-cu il tarixində 70 913.20 manat qiymətində müqavilə imzalanmışdır.
Əlaqələndirici şəxs: Fərid Mahmudov
Telefon: +994772771106
Elektron ünvan: farid.mahmudov@ask.gov.az


TENDER KOMİSSİYASI