BİLDİRİŞ
Azərbaycan Respublikasının Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən Zəylik Alunit Mədəni”ndə alunit filiz ehtiyatlarının qiymətləndirilməsi, ən müasir zənginləşdirmə texnologiyası ilə alunitdən gil-torpaq istehsalı üçün yararlı alunit filizinin alınması və ondan gil-torpağın, gübrəlik kimyəvi maddələr və digər məhsulların alınması üçün tətbiq olunacaq iqtisadi baxımdan səmərəli, ətraf mühit üçün təhlükəsiz texnologiyanın seçiminin ətraflı texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üçün məsləhətçi mühəndis şirkətinin cəlb edilməsinə dair ikimərhələli tender proseduru keçirilmişdir. Keçirilmiş satınalma prosesi nəticəsində Böyük Britaniya, Suite 10, Keswick Hall, Keswick, Norwich, NR4 6TJ ünvanında yerləşən “Micon İnternational Co Limited” şirkəti qalib gəlmişdir. Həmin təşkilatla 27.07.2021-ci il tarixində bütün vergilər xaric 419 845 (dörd yüz on doqquz min səkkiz yüz qırx beş ABŞ dolları) ABŞ dolları məbləğində müqavilə imzalanmışdır.
Əlaqələndirici şəxs: Günel İsmayılova
Telefon: +994772771106
Elektron ünvan: gunel.ismayilova@ask.gov.az
SATINALMA KOMİSSİYASI