BİLDİRİŞ

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti “Azəripək” MMC-nin strategiyasının hazırlanması məqsədilə məsləhətçi şirkətin cəlb olunmasına dair 03.12.2020-ci il tarixində www.etender.gov.az internet saytında, 04.12.2020-ci il tarixində www.ask.gov.az internet saytında, 04.12.2020-ci il tarixində isə “Respublika” qəzetində açıq tenderin keçirilməsinə dair elan dərc edilmişdir. Keçirilmiş satınalma prosedurunun nəticəsində, “Dövlət Satınalmaları haqqında” Qanununun 36.7.2-ci maddəsinə əsasən Türkiyə, İstanbul, Beyoğlu, Meclisi Mebusan Cad., Ömer Avni Mah., Karun Çıkmazı Sk. No: 2 ünvanında yerləşən TSKB Sürdürülebilirlik Danışmanlığı A.Ş. (Ecrarus) şirkəti qalib gəlmişdir. Bu təşkilatla 16.06.2021-ci il tarixində 90 000.00 (doxsan min) ABŞ dolları məbləğində müqavilə imzalanmışdır.
Əlaqələndirici şəxs: Günel İsmayılova
Telefon: +994772771106
Elektron ünvan: gunel.ismayilova@ask.gov.az


TENDER KOMİSSİYASI