BİLDİRİŞ
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 23-cü km, 8 ünvanında yerləşən 110/10 KV-luq yarımstansiyasının yoxlanılması (sınağı) və yenidən gərginliyə qoşulması işlərinin satın alınmasına dair 21.01.2021-ci il tarixində www.etender.gov.az internet saytında, 22.01.2021-ci il tarixində isə Respublika qəzetində elektron açıq tenderin keçirilməsi ilə bağlı elan dərc edilmişdir. Keçirilmiş satınalma prosedurunun nəticəsində, “Dövlət Satınalmaları haqqında” Qanununun 36.7.2-ci maddəsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, keçid 1594 ünvanında yerləşən “Nur S. Enerji Servis” MMC şirkəti qalib gəlmişdir. Bu təşkilatla 01.04.2021-ci il tarixində 58 938.31 manat məbləğində müqavilə imzalanmışdır.
Əlaqələndirici şəxs: Günel İsmayılova
Telefon: +994772771193
Elektron ünvan: gunel.ismayilova@ask.gov.az
SATINALMA KOMİSSİYASI