BİLDİRİŞ
"Fərdi mühafizə vasitələrinin satın alınması" açıq tenderinin iddiaçılarının nəzərinə: Hörmətli tender iştirakçıları, 02.11.2020 tarixində “Azəralüminium” MMC tərəfindən etender.gov.az dövlət satınalmaları portalında elan edilmiş “Fərdi mühafizə vasitələrinin satın alınması” elektron açıq tenderi ilə satın alınması nəzərdə tutulmuş “Lepestok tipli respirator EN 149 FFP1; ГОСТ 12.4.028-76” üçün qiymət təklifi etməyi planlaşdırdığınız respirator nümunələrini 16.12.2020 saat 17:00-dək “Azəralüminium” MMC-nin Gəncə şəhəri, Yevlax şosesi 53 ünvanında yerləşən “Gəncə Alüminium Kompleksi” İstehsalat sahəsinə çatmasını təmin edin. Bir neçə nümunə göndərəcəksinizsə, nümunələri fərqləndirmək üçün üzərinə rəqəmlərlə işarə qoyun, işarəli nümunələri bir paketə qoyun, paketin üzərinə şirkətinizin adını yazın, göndərin. “Azəralüminium” MMC-nin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən məqbul olduğuna dair müsbət rəy veriləcək nümunəyə qiymət təklifi edin.
Əlaqələndirici şəxs: Elmir Vəliyev
Telefon: +994502897433
Elektron ünvan: elmir.valiyev@azeraluminium.com
SATINALMA KOMİSSİYASI