BİLDİRİŞ

Yeni alüminium zavodu üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması xidmətlərinin satın alınmasına dair 25.09.2020-ci il tarixində www.ask.gov.az və www.etender.gov.az internet saytlarında və eyni tarixdə “Respublika” qəzetində təkliflər sorğusunun keçirilməsi ilə bağlı elan dərc olunmuşdur. Keçirilmiş satınalma prosesi nəticəsində “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7.2-ci maddəsinə əsasən Bakı şəh., Nobel prospekti 25E ünvanında yerləşən “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti qalib gəlmişdir. Həmin təşkilatla 23.11.2020-ci il tarixində 196 717.80 AZN (bir yüz doxsan altı min yeddi yüz on yeddi manat, səksən qəpik) manat qiymətində müqavilə imzalanmışdır.
Əlaqələndirici şəxs: Sadiq Şahkərəmov
Telefon: +994772771106
Elektron ünvan: sadig.shahkaramov@ask.gov.az


SATINALMA KOMİSSİYASI