BİLDİRİŞ

İşçilər üçün qış geyimlərinin satın alınması açıq tenderinin iştirakçılarının nəzərinə! Ermənistanın növbəti eskalasiyası fonunda respublikamızın informasiya məkanında təhlükəsizliyinin təmin olunması məqsədilə dövlətin müvafiq qurumları tərəfindən ölkəmizdə internet bağlantısı məhdudlaşdırıldığına görə tender iştirakçılarının portala daxil olmasında və əməliyyatlar yerinə yetirməsində çətinliklər ortaya çıxmışdır. Bunu nəzərə alaraq iştirakçıların portal üzərindən əməliyyatları tam yerinə yetirə bilməsini təmin etməkdən ötrü müsabiqənin bitmə tarixi və vaxtı 30.09.2020 saat 17:00-a, zərflərin açılış tarixi və vaxtı isə 01.10.2020 saat 14:00-a uzadılmışdır.
Əlaqələndirici şəxs: Elmir Vəliyev
Telefon: +994502897433
Elektron ünvan: elmir.valiyev@azeraluminium.com


TENDER KOMİSSİYASI