BİLDİRİŞ

“ASK” ASC törəmə müəssisələrinin nizamnamə kapitalının formalaşmasının düzgünlüyünün auditinin keçirilməsi və buna dair müstəqil auditor rəyinin (hesabatın) təqdim edilməsi xidmətlərinin satın alınmasına dair 07.07.2020-ci il tarixində www.ask.gov.az və www.etender.gov.az internet saytlarında kotirovka sorğusunun keçirilməsi ilə bağlı elan dərc olunmuşdur. Keçirilmiş satınalma proseduru nəticəsində “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7.2-ci maddəsinə (tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifi) əsasən Bakı şəhəri, AZ1073, Ş.Mehdiyev.,88 ünvanında yerləşən “BKR İŞIK Colsulting” MMC qalib gəlmişdir. Həmin təşkilatla 05.08.2020-ci il tarixində 7 500.00 (yeddi min beş yüz manat, 00 qəpik) AZN məbləğində müqavilə imzalanmışdır.
Əlaqələndirici şəxs: Sadiq Şahkərəmov
Telefon: +994772771106
Elektron ünvan: sadig.shahkaramov@ask.gov.az


SATINALMA KOMİSSİYASI