BİLDİRİŞ

“ASK” ASC tərəfindən server otağı üçün FM 200 yanğından mühafizə sisteminin satın alınmasına dair 29.01.2020-ci il tarixində www.ask.gov.az internet saytında, 30.01.2020-ci il tarixində www.etender.gov.az internet saytında və 30.01.2020-ci il tarixində “Respublika” qəzetində kotirovka sorğusunun keçirilməsi ilə bağlı elanlar dərc olunmuşdur. Keçirilmiş satınalma proseduru nəticəsində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7.2-ci maddəsinə əsasən (tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifi) AZ1010, Azərbaycan, Bakı şəh., Nəsimi r-nu, H. Məcidov küç.14 ünvanında qeydiyyatda olan “Cyberspace” MMC qalib gəlmişdir. Həmin təşkilatla 19.03.2020-ci il tarixində ƏDV daxil olmaqla 10 974 (on min doqquz yüz yetmiş dörd) AZN məbləğində müqavilə imzalanmışdır.
Əlaqələndirici şəxs: Sadiq Sahkeremov
Telefon: +994552047777
Elektron ünvan: sadig.shahkaramov@ask.gov.az


SATINALMA KOMİSSİYASI