BİLDİRİŞ
“Azərpambıq ASK” MMC tərəfindən 2020-ci cari təsərrüfat ilində filiallarda istifadə olunan asinxron tipli üç fazalı elektrik mühərriklərinin təmir olunması (sıradan çıxmış dolaqların yenidən sarınması və s.) işlərinin alınmasına dair 23.01.2020-ci il tarixli ask.gov.az və tender.gov.az internet saytında, 24.01.2020-ci il Respublika qazetində dərc edilmiş təkliflər sorğusu prosesində ən aşağı qiymət təklifi edən Şirvan şəhəri, Xəqani küçəsi, ev 30, mən.5 ünvanında yerləşən “Mühərrik-Təmir-Servis” MMC şirkəti qalib gəlmişdir. Həmin müəssisə ilə 21.02.2020-ci il tarixdə 191743,00 manat məbləğində müqavilə imzalanmışdır.
Əlaqələndirici şəxs: Elçin Hüseynov
Telefon: +994555005112
Elektron ünvan: elchin.huseynov@azercotton.com
SATINALMA KOMİSSİYASI