BİLDİRİŞ
“ASK” ASC-nin server otağı üçün UPS və monitorinq sisteminin satın alınmasına dair 16.12.2019-cu il tarixində www.ask.gov.az internet saytında, 17.12.2019-cu il tarixində www.etender.gov.az internet saytında və 18.12.2019-cu il tarixində “Respublika” qəzetində kotirovka sorğusunun keçirilməsi ilə bağlı elanlar dərc olunmuşdur. Keçirilmiş satınalma proseduru nəticəsində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49.4-cü maddəsinə əsasən (Satınalan təşkilatın tələbatını təmin edən ən aşağı qiymət kotirovkası təqdim etmiş malgöndərən ilə satınalma müqaviləsi bağlanılır) Azərbaycan, Bakı şəh., Nobel pr 25,Bakı Ağ Şəhər ünvanında yerləşən “Bestcomp Group” MMC qalib gəlmişdir. Həmin təşkilatla 24.01.2020-ci il tarixində 12 044.02 (on iki min qırx dörd manat, 02 qəpik) AZN məbləğində müqavilə imzalanmışdır.
Əlaqələndirici şəxs: Günel İsmayılova
Telefon: +994772771106
Elektron ünvan: gunel.ismayilova@ask.gov.az
SATINALMA KOMİSSİYASI