BİLDİRİŞ

“Azərbaycan Sənaye Korporasiyası” ASC istifadəçi əməliyyat sistemləri və ofis proqram təminatı üçün istifadəçi lisenziyalarının satın alınmasına dair 17.01.2019-cu il tarixli Respublika qazetində, 18.01.2019-cu il tarixli ask.gov.az internet saytında və 21.01.2019-cu il tarixli tender.gov.az saytında dərc edilmiş kotirovka sorğusu prosesində ən aşağı qiymət təklifi verən AZ4200 Azərbaycan, Lənkəran şəhəri, V. Məmmədov ev 6 ünvanında yerləşən “Premier” MMC şirkəti qalib gəlmişdir. Həmin təşkilatla 06.02.2019-cu il tarixində 30 911.28 manat qiymətində müqavilə imzalanmışdır
Əlaqələndirici şəxs: Fərid Mahmudov
Telefon: +994772771106
Elektron ünvan: farid.mahmudov@ask.gov.az


TENDER KOMİSSİYASI