BİLDİRİŞ
“ASK ŞÜŞƏ” MMC Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Səlyan şossesi 25-ci km ünvanında yerləşən enerji təsərrüfatını ehtiyyat hissələr və xırda avadanlıqlarla təmin etmək məqsədi ilə malların satınalınmasına dair 20.09.2019-cu il tarixində ask.gov.az internet saytında, 21.09.2019-cu il tarixində isə Respublika qəzetində təkliflər sorğusunun keçirilməsi ilə bağlı elan dərc olunmuşdur. Keçirilmiş satınalma prosesi nəticəsində “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7.2-ci maddəsinə əsasən Bakı ş., Xətai r-nu, Gəncə pr., ev 95, m., 28 ünvanında yerləşən “GİNTUV” MMC şirkəti qalib gəlmişdir. Həmin təşkilatla 28.10.2019-cu il tarixində 150 015.27 AZN (yüz əlli min on beş, 27 qəpik) manat qiymətində müqavilə imzalanmışdır.
Əlaqələndirici şəxs: Mövlud Aydəmir
Telefon: +994552014151
Elektron ünvan: aydemir.movlud@ask-glass.com
SATINALMA KOMİSSİYASI