BİLDİRİŞ

Tbilisi prospekti 33 ünvanında yerləşən yeni inzibati binasına Lot 1 - İP telefoniya sisteminin quraşdırılması və müvafiq avadanlıqların alınması işlərinin satın alınmasına dair 10.09.2019-cu il tarixində Respublika qəzetində, 09.09.2019-cu il tarixində isə ask.gov.az internet saytında təkliflər sorğusunun keçirilməsi ilə bağlı elan dərc olunmuşdur. Keçirilmiş satınalma prosesi nəticəsində “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7.2-ci maddəsinə əsasən AZ1006, Bakı şəh., Yasamal r-nu, Ələsgər Ələsgərov küç. ev 5 ünvanında yerləşən “Evrodizayn” QSC şirkəti qalib gəlmişdir. Həmin təşkilatla 20.09.2019-cu il tarixində 55 074.96 AZN (əlli beş min yetmiş dörd manat, 96 qəpik) manat qiymətində müqavilə imzalanmışdır.
Əlaqələndirici şəxs: Günel İsmayılova
Telefon: +994772771106
Elektron ünvan: gunel.ismayilova@ask.gov.az


TENDER KOMİSSİYASI