BİLDİRİŞ

"ASK" ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə 5+mansard mərtəbəli yaşayış binasının layihələndirilməsi işlərinin satın alınmasına dair 13.06.2019-cu il tarixində Respublika qəzetində və ask.gov.az internet saytında təkliflər sorğusunun keçirilməsi ilə bağlı elan dərc olunmuşdur. Keçirilmiş satınalma prosesi nəticəsində “Dövlət Satınalmaları haqqında” Qanunun 36.7.2-ci maddəsinə əsasən AZ1001, Azərbaycan, Bakı şəh., Səbail r-nu, İstiqlaliyyət küç., 31 ünvanında yerləşən Bakı Dövlət Layihə İnstitutu qalib gəlmişdir. Həmin təşkilatla 16.07.2019-cu il tarixində 151 793.43 AZN (bir yüz əlli bir min yeddi yüz doxsan üç manat, 43 qəpik ƏDV daxil) manat qiymətində müqavilə imzalanmışdır.
Əlaqələndirici şəxs: Günel İsmayılova
Telefon: +994772771106
Elektron ünvan: gunel.ismayilova@ask.gov.az


TENDER KOMİSSİYASI