BİLDİRİŞ

"Azərpambıq ASK" MMC “John Deere-8520 və John Deere-7830” traktorlara müxtəlif növ (yağ, hava, yanacaq və hidrovlik) filterlərinin kotirovka sorğusu əsasında satın alınmasına dair 03.04.2019-cu il tarixli ask.gov.az internet saytında dərc edilmiş kotirovka sorğusu prosesində ən aşağı qiymət təklifi edən AZ1053 Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 4-cü Mədən məhəlləsi ünvanında yerləşən “Grand Motors” MMC şirkəti qalib gəlmişdir. Həmin müəssisə ilə 30.04.2019-cu il tarixdə 10655.80 (on min altı yüz əlli beş manat səksən qəpik) məbləğində müqavilə imzalanmışdır.
Əlaqələndirici şəxs: Elçin Hüseynov
Telefon: +994555005112
Elektron ünvan: elchin.huseynov@azercotton.com


TENDER KOMİSSİYASI