BİLDİRİŞ

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC tərəfindən 26 iyul 2024-cü il tarixində Taxta altlıqlar(Paletlər) satın alınması məqsədilə açıq tender (kağız üsulu) müsabiqəsi elan edilmişdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 16 avqust 2024-cü il tarixində saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 19 avqust 2024-cü il tarixində saat 10:00-da yuxarıda qeyd olunan ünvanda və ya video konfrans formatında keçiriləcəkdir. Açıq tender barədə ətraflı məlumatı aşağıdakı bağlantıya keçid edərək əldə edə bilərsiniz: https://azercotton.az/tender/18
Əlaqələndirici şəxs: Abdullayeva Ləman Akif
Telefon: +994555000744
Elektron ünvan: Laman.abdullayeva@azercotton.az


SATINALMA KOMİSSİYASI