BİLDİRİŞ

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC tərəfindən 18 iyul 2024-cü il tarixində Cəmiyyətin zavod və məntəqələrində istifadə olunan elektrik mühərriklərinin təmir olunması xidmətinin satın alınması məqsədilə açıq tender (kağız üsulu) müsabiqəsi elan edilmişdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 8 avqust 2024-cü il tarixində saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 9 avqust 2024-cü il tarixində saat 10:00-da yuxarıda qeyd olunan ünvanda və ya video konfrans formatında keçiriləcəkdir. Açıq tender barədə ətraflı məlumatı aşağıdakı bağlantıya keçid edərək əldə edə bilərsiniz: https://azercotton.az/tender/14
Əlaqələndirici şəxs: Rəfiqə Hacıyeva
Telefon: +994555001363
Elektron ünvan: rafiga.hajiyeva@azercotton.com


TENDER KOMİSSİYASI